image-326219622_1169936980331970_6899733089511484722_nbackend

İranda  25 nəfər casusluq ittihamı ilə həbs olunub

image-reklam_sirab_01

İranın Urmiya şəhərində 25 azərbaycanlı həbs edilib. Vətəninfo.az xəbər verir ki, bu barədə Məhbusların Vəziyyətinin Monitorinqi Komitəsi məlumat yayıb.

Məlumata görə, 8-i qadın olmaqla 25 nəfər casusluq və sosial mediada gəncləri etiraza təhrik etmək ittihamı ilə saxlanılıb.

Bildirilir ki, “Urmiya Məhəllələrinin Gəncləri” adlı qrup üzvlərinin 16-na qarşı cinayət işi açılıb və onlardan bir-birlərinə qarşı etiraf almaq üçün işgəncə verilib.
İnsan haqları təşkilatları Tehran rejiminin rəsmi iddialarının əsassız olduğunu bildirib.

Qeyd olunub ki, biri 15 yaşlı yeniyetmə qız olmaq şərti ilə həbs edilənlərin hamısı məktəblidir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki