image-111backend

İranda 4 fəal edam edildi

image-reklam_sirab_01
İranda 4 aksiya iştirakçısı edam edilib. Vətəninfo.az xəbər verir ki, İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, İmambəxş Naruyi, Mohsen Anşini və Vəli Rudini adlı etnik bəluçlar Zahidan zindanında dar ağacından asılıblar.
Bununla yanaşı, Şiraz şəhərinin Adilabad zindanında da, hələlik kimliyi dəqiqləşdirilə bilməyən daha bir məhkum edam olunub.
Narkotik maddələrin alverinə görə edam cəzasına məhkum edildikləri iddia olunan şəxslərin öldürülməsi barədə İran Məhkəmə Sistemi və dövlət mediası hər hansı məlumat verməyib. İran müxalif mediası isə edam edilən hər 4 nəfər İrandakı aksiyalar zamanı həbs edilən fəallardır. Onları narkotika ittihamı ilə edam edən hökumət beynəlxalq məhkəmələrin hücumlarından qorunmaq üçün bu addımı atıb.
Bir müddət öncə İran İnsan Haqları Təşkilatının yaydığı hesabata görə, 10 oktyabr 2021- 7 oktyabr 2022-ci il tarixlərində İranda 528 nəfər edam edilib və bu rəqəm öncəki illə müqayisədə edam saylarının 98 faiz artdığını göstərir.
10 oktyabr Ümumdünya Ölüm Cəzasına Qarşı Mübarizə Günündə yayılan hesabatda İran zindanlarında minlərlə məhkumun edam cəzalarının icra olunacağını gözlədikləri qeyd olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki