İranda etiraz aksiyaları zamanı 40 əcnəbi həbs edilib. Vətəninfo.az xəbər verir ki, bunu İranın məhkəmə sisteminin sözçüsü Məsud Setayşi deyib.
O qeyd edib ki, son aksiyalarda 40 xarici ölkə vətəndaşı iştirak edib, onlardan bəziləri hətta küçə iğtişaşlarında fəal iştirak edib.
Setayişinin sözlərinə görə, iki Fransa vətəndaşı casusluq ittihamı ilə həbs edilib və onların cinayət işi üzrə istintaq davam edir.