image-325408455_632770415275631_5320933775789881409_nbackend

İranda bir gündə 5 nəfər edam edilib

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İranda edamlar davam edir. Ərak şəhər mərkəzi həbsxanasında 5 məhbusun edam hökmü bir gündə icra edilib. Həmin beş məhbus əvvəllər “narkotik”lə bağlı ittihamlarla edam cəzasına məhkum edilib.
Qeyd edək ki, ötən aylarda İranda edamların sayı artıb və İran zindanlarında İslam Respublikasının ölüm maşını medianın səssiz qaldığı bir vaxtda can almağa davam edir.
Ümummilli qiyamın etirazçılarına ağır həbs cəzaları, qəddar və qeyri-insani ölüm hökmləri çıxarılıb icra olunduğu bu günlərdə hakimiyyətin ölüm maşını da dayanmadan gizli şəkildə “fəaliyyətinə” davam edir.
Belə ki, yanvarın 14-ü, cümə axşamı Ərak mərkəzi zindanında “narkotik maddələr” ittihamı ilə edama məhkum edilən beş məhbusun hökmləri icra olunub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki