image-reklam-veteninfo
image-1backend

İranda daha bir məşhur  din xadimi öldürüldü

image-reklam-veteninfo

İranın şimal-qərbində sünni din xadimi Məhəmməd Nəzehtinin silahlı hücum nəticəsində öldürüldüyü bildirilir.

İran mənbələrinin yaydığı məlumata görə, hadisə ölkənin şimal-qərb bölgəsində baş verib. Məhəmməd Nəzehtinin silahlı şəxslərin hücumu nəticəsində həyatını itirdiyi qeyd olunur.

Vətəninfo.az xəbər verir ki, İran mənbələri hücumun “ABŞ və İsrail tərəfindən dəstəklənən separatçı kürd qrupları” tərəfindən təşkil edildiyini iddia edib.

Lakin bu iddianı təsdiqləyən müstəqil məlumat yoxdur. Həmçinin adıçəkilən qruplardan hər hansı birinin hücuma görə məsuliyyəti öz üzərinə götürüb-götürmədiyi məlum deyil.

Hadisənin motivi və hücumun hansı qrup tərəfindən həyata keçirildiyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki