image-326428251_1477019862831883_2445167153521089400_nbackend

İranda daha üç qadın jurnalist HƏBS EDİLDİ

image-reklam_sirab_01

İranın Məhkəmə Hakimiyyətinin sözçüsü peşə fəaliyyətinə görə heç bir jurnalistin həbsdə olmadığını iddia etsə də, məhkəmə orqanları son 24 saat ərzində Tehranda ən azı üç qadın jurnalisti həbs həbs ediblər.

Vətəninfo.az xəbər verir ki, yanvarın 22-də Tehranda Məlika Haşimi, Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat verib.

Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.

Məlika Haşiminin isə yanvarın 21-də həbs olunaraq naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.

Xatırladaq ki, insan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Mehr” ajansının və “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da, 33 jurnalist hələ də həbsdə saxlanılır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki