image-339876650_220541423962496_6332377143519774794_nbackend

İranda hicabsız qadınlar ictimai nəqliyyata buraxılmır

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, aprelin 4-də İsfahan şəhərində məcburi hicab qaydalarına riayət etməyən qadınların metroya girişinə icazə verilmədiyi bildirilir.
İsfahan metro dayanacaqlarının girişində “Hicabsız şəxslərə bilet satılmayacaq” məzmunlu xəbərdarlıq bildirişlərinin yapışdırılıb.
Sosial media fəallarının verdiyi məlumata görə, bir neçə yerdə metroya buraxılmayan qadınlarla məmurlar və nəzarətçilər arasında insident yaşanıb.
Qeyd edək ki, İranda son etirazlar zamanı məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.
Etiraz aksiyalarının səngiməsindən sonra, xüsusən son günlər məcburi hicab qaydalarına riayət edilməməsinə görə onlarla iş yerinin fəaliyyətinə qadağa qoyulub.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki