image-sepahbackend

“İranda islahatlar olmasa çətin olacaq” – Mirhüseyn Musəvi 

image-reklam_sirab_01

İranın tanınmış siyasi xadimlərindən biri, ölkə hökumətinin keçmiş rəhbəri Mirhüseyn Musəvi Tehranda rəhbərliyə qarşı aylarla davam edən etirazların nəticəsi olmalı olan “fundamental dəyişikliklərə” çağırıb. Vətəninfo.az xəbər verir ki, 81 yaşlı siyasətçi fevralın 5-də bildirib ki,”İran və iranlıların əsaslı dəyişikliklərə ehtiyacı var və onlara hazırdırlar”.

Musəvinin sözlərinə görə, 2022-ci ildə əxlaq polisi İranda baş verən ixtişaşların əsasını qoydu.

” Məhsa Əmininin ölümü iqtisadi, ekoloji, sosial probler içərisində boğulan insanların ayağa qalxmasına səbəb oldu. Problemləri aradan qaldırmaq və islahatlar aparmaq əvəzinə hökumət gücə üstünlük verdi ki, bu da qəbuledilməzdir” – deyə Musəvi bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki