image-63b27969242c8backend

İranda məktəblər bağlandı

image-reklam_sirab_01

İranın paytaxtı Tehran başda olmaqla Elborz, Qum, Xuzistan, İsfahan və Qəzvin əyalətlərinin bəzi rayonlarında havanın çirklənməsi ilə əlaqədar məktəblərin bağlanması, təhsilin isə onlayn aparılması qərarına gəlinib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Tehran qubernatorluğundan məlumat verilib.

Paytaxtın bəzi bölgələrində hava çirkliliyi indeksinin 200-dən yuxarı qalxdığı və bunun bütün yaş qrupları üçün təhlükə hesab edildiyinə diqqət çəkilib. Bu səbəbdən Səhiyyə Nazirliyinin təklifi və Havanın Çirklənməsi ilə bağlı Fövqəladə Hallar üzrə İşçi Qrupunun razılığı ilə hamilə qadınlar, 6 yaşınadək və ya ibtidai məktəb yaşında uşağı olan analar, xəstə və ya həssas qrupda olan şəxslərin də 2 yanvar günü işə çıxmamaları qərarına gəlinib.

Elborz, Qum, İsfahan, Xuzistan və Qəzvin əyalətlərinin bir çox bölgələrində, o cümlədən universitetlərdə də təhsil onlayn aparılacaq.

Qeyd edək ki paytaxt Tehranda havanın çirklənməsini artıran və dünya hava çirkliliyi reytinqində ilk 3 şəhərdən biri olmasına gətirib çıxaran əsas amillər çox sayda köhnə model avtomobil və motosiklətlərdən istifadə olunması göstərilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki