image-bez-nazvaniya-1backend

İranda məktəblərdə dərslər yenidən dayandırıldı

image-reklam_sirab_01
İranın Tehran və Əlborz əyalətlərində havanın çirklənməsi yüksək dərəcədə olduğu üçün məktəblərdə təhsilə verilən fasilə yenidən uzadılıb. Vətəninfo.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Pərdis, Dəmavənd və Firuzkuh şəhərləri istisna olmaqla, Əlborz və Tehran əyalətlərinin bütün şəhərlərində universitetlər də daxil olmaqla bütün məktəblər çərşənbə və cümə axşamı günləri bağlı olacaq.
Səhər saatlarından dərslərin onlayn keçiriləcəyi bildirilib.
Paytaxt Tehranda havanın keyfiyyətinin 168 indeksi ətrafında dövr etdiyi vurğulanıb ki, bu da bütün qruplar üçün qeyri-sağlam şərait deməkdir.
Açıq yerlərdə idmanla məşğul olmaq qadağan edilib.
Vətəndaşlardan zərurət olmadıqda səyahətdən çəkinmələri istənilib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki