image-317909266_443230301348631_2562477189478020185_n-1backend

İranda məşhur  azərbaycanlı ailə edam edilir: ŞOK SƏBƏB

image-reklam_sirab_01
İranın Kərəc şəhərində yaşayan və noyabrın 4-də həbs edilən azərbaycanlı ziyalı və rentgenoloq Həmid Qarahəsənli etiraz aksiyalarında SEPAH-a bağlı yarımhərbi və radikal Bəsic qüvvələrinin üzvünün öldürülməsi işinə görə edama məhkum edilib.Vətəninfo.az xəbər veir ki,  onun xanımı kardioloq Fərzanə Qarahəsənliyə isə 25 il həbs cəzası verilib.
Bundan öncə azərbaycanlı cütlük işgəncə edilib və yaralı vəziyyətdə kamera qarşısına çıxarılaraq onlardan məcburi etiraflar alınıb.
İran Məhkəmə Sisteminin sözçüsü Məsud Sitayeşi dekabrın 6-da mediaya açıqlamasında Bəsic üzvü Ruhullah Əcəmiyanın ölüm hadisəsinə görə, 5 nəfərin edam cəzasına, 11 nəfərin isə uzun müddətli həbs cəzasına məhkum edildiklərini bildirib.
Xatırladaq ki, azərbaycanlı cütlük sentyabrın 23-də Kərəcdə keçirilən aksiyalar zamanı hökumət qüvvələri tərəfindən güllələnərək öldürülən azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasiminə qatıldıqlarına görə tutulub, sonradan onlara qarşı aır ittihamlar irəli sürülüb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki