image-322589476_1142315269789732_5514274483700453540_nbackend

İranda öldürülən etirazçıların sayı 507-ə çatıb

image-reklam_sirab_01

İranda öldürülən etirazçıların sayı 507-ə çatıb. Vətəninfo.az xəbər verir ki, bu barədə HRANA- İran Hüquq Müdafiəçiləri Qrupunun xəbər ajansı dekabrın 27-nə olan məlumatında hökumət məmurları tərəfindən öldürülən etirazçıların sayı açıqlanıb.

Qurum yaydığı məlumatda 17 sentyabr – 27 dekabr tarixləri ərzində İranda davam edən etiraz nümayişlərində 69-i uşaq olmaqla 507 nəfərin hökumət məmurları tərəfindən qətlə yetirildiyini bildirib.

Bununla yanaşı, məlumatda 18.533 nəfərin saxlanıldığı bildirilir. Onlardan 4.108 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunanlardan 665-i öyrəncidir.

Habelə, bu müddət ərzində 161 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 144 universitetin öyrənciləri etirazları dəstəkləyiblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki