image-99999backend

İranda partiya sədri həbs olundu

image-reklam_sirab_01

İranda Xalq İslahat Partiyasının baş katibi və din xadimi Məhəmməd Zare Fuməni 12 il müddətinə azadlıqdan məhrum edilib.

Vətəninfo.az xəbər verir ki, Xüsusi Ruhani Məhkəməsi Məhəmməd Zare Fuməninin işinə yenidən baxaraq məhkəmənin çıxardığı ilkin qərarı olduğu kimi qüvvədə saxlayıb.

Barəsində təhlükəsizlik məsələləri ilə bağlı bir neçə ittiham irəli sürülən Fuməni oktyabrın 9-da həbs edilərək Tehranın Evin zindanının təhlükəsizlik orqanına məxsus 209-cu bölməsinə aparılıb və bir ay müddətinə təkadamlıq kamerada saxlanılıb.

Fuməninin mühafizəkar İbrahim Rəisinin prezident seçildikdən sonra ona heç bir vəzifə vermədiyi üçün narazılar sırasına qoşulduğu bildirilir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki