image-img_20230409_111007backend

İranda sünnilərin din xadimi: “Xalq hökumətdən üz döndərib”

image-reklam_sirab_01

İranın Sistan və Bəluçistan əyalətinin nüfuzlu din xadimi və Zahidan şəhərinin cümə imamı Moləvi Əbdülhəmid xalqın İran hökumətindən üz döndərdiyini deyib.

Vətəninfo.az xəbər verir ki, o, cümə namazında çıxışı zamanı vətəndaşların əksəriyyətinin hakimiyyətin idarəçiliyindən narazı olduğunu və sistemin dəyişdirilməsi üçün referondum keçirilməsini istədiklərini vurğulayıb.

Cümə imamı deyib ki, ağır məişət problemləri ilə üzləşən xalq ancaq öz ciblərini doldurmaqla məşğul olan məsul şəxslərə ehtiyac duymur.

Əbdülhəmidin sözlərinə görə, gündəlik çörək pulunu tapa bilməyən və ev kirayəsini ödəməkdə aciz olan insanların bu duruma düşməsinin əsas səbəbkarı 40 ildən çoxdur hakimiyyətdə olan hazırkı sistemdir.

Din xadimi son vaxtlar bir neçə nazir və məmurun dəyişdirilməsi kimi əhəmiyyətsiz addımlarla ölkədə problemlərin həllinin mümkün olmadığını söyləyib.

Ölkədə baş verən bir neçə aylıq etiraz aksiyalarında 500-dən çox insanın öldürüldüyünü qeyd edən din xadimi hökuməti həbsdə olan etirazçıları sərbət buraxmağa çağırıb.

Etirazın vətəndaşların hüququ olduğunu vurğulayan Əbdülhəmid İran hökumətinin məcburi hicaba görə qadınlara qarşı zorakı davranışını insanlığıa hörmətsizlik adlandırıb.

“Dini rəhbər bilməlidir ki, ölkəni indiki məsul şəxslərlə idarə etmək mümkün olmayacaq”,-o, bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki