image-326957408_736459991104627_2132498600605296342_nbackend

İranda tanınmış sünni din xadimi öldürüldü

image-reklam_sirab_01
İranın sünni məzhəbli etnik bəluçların kompakt yaşadığı Sistan və Bəluçistan əyalətinin mərkəzi Zahidan şəhərində tanınmış din xadimi  olan Hacı Xudarəhim Mənduzehi hökumət qüvvələri tərəfindən güllələnərək öldürülüb.
Bəluç fəalların verdiyi məlumata görə, yanvarın 27-i gecə saatlarında mülki geyimli təhlükəsizlik məmurları tərəfindən güllələnib.
Hadisə etnik bəliçlar arasında geniş əks-səda doğurub və Tehran rejiminə qarşı kütləvi aksiyalara çağırışlar edilib.
Xatırladaq ki, bundan öncə noyabrın 24-də Sistan və Bəluçistanda Amanullah Baczehi adlı ağsaqqalın öldürülməsindən sonra geniş etiraz nümayişləri keçirilmişdi.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki