Sosial Təminat Təşkilatının təqaüdçüləri iki gündür Əhvaz, Şuş, Kermanşah və bir neçə başqa şəhərdə aksiya keçirirlər.
Vətəninfo.az xəbər verir ki, etirazçılar ölkədə iqtisadi təzyiqlərə və İslam Respublikasının hərbi siyasətinə toxunaraq şüarlar səsləndiriblər: “Biz artıq müharibə istəmirik, ‘Doğru Vəd’ istəmirik”, “Müharibə odunu alovlandırmaq bəsdir, süfrəmiz boşdur” və “Düşmənimiz elə buradadır, yalan deyirlər Amerikadır”.
Təqaüdçülər həmçinin pensiyaların inflyasiya səviyyəsinə uyğun artırılmasını, gecikdirilmiş ödənişlərin ödənilməsini və pulsuz tibbi xidmətlərdən yararlanmağı tələb ediblər.
Kermanşahda da “İnflyasiya, bahalıq; müharibəyə və dağıntıya yox” və “Müharibə və danışıqlar bəhanədir; hədəf bizim həyatımızdır” şüarları səsləndirilib.


























