image-330765771_1591244027963328_3076643294857096744_nbackend

İranda türk adları qadağan edilir: Türk adı qoyulan uşaqlara şəxsiyyət vəsiqəsi verilmir

image-reklam_sirab_01
İran Qeydiyyat İdarəsinin Təbriz şöbəsi Volkan adlı azərbaycanlı uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edib.
Vətəninfo.az xəbər verir ki,  Volkan Azərmiradın ailəsi övladlarının dekabr ayında dünyaya gəlməsinə baxmayaraq, bu müddət ərzində ona türkcə ad seçdiklərinə görə şəxsiyyət vəsiqəsi ala bilmədiklərini bildirirlər.
Qeyd edək ki, bu, İranda ilk hal deyil. Dəfələrlə valideynlər övladlarına türk mənşəli ad qoyduqları üçün kimlik vəsiqəsi ala bilmədiklərindən şikayət ediblər.
İran Qeydiyyat İdarəsinin azərbaycanlı uşaqlara türk adlarına görə kimlik vəsiqəsi verməməsi valideynlərin etirazları ilə qarşılanır və onlar məsələni sosial mediada ictimailəşdirməyə məcbur olurlar.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki