image-320091542_462942832681351_7843056697164772963_nbackend

İranda yeni kəşfiyyat orqanı yaradıldı

image-reklam_sirab_01
İran lideri Əli Xameneyi daha bir böyük kəşfiyyat qurumunun təsis edilməsinə dair göstəriş verib. Bu yaxınlarda elan edilmiş İranın polis komandanlığının struktur və təşkilati planına əsasən, polisin Kəşfiyyat və İctimai Təhlükəsizlik İdarəsi iki ayrı quruma- Kəşfiyyat Təşkilatı və İctimai Təhlükəsizlik Polisinə çevrilir.
Bundan sonra “Polis Kəşfiyyat Təşkilatı” adlanacaq qurumun yaradılması ilə İslam Respublikasının rəsmi kəşfiyyat orqanlarının sayı 17-yə çatır.
Yeni dəyişikliklərə əsasən, polis qüvvələrinin kəşfiyyat və təhlükəsizlik xidməti bir-birindən ayrılacaq və Polis Kəşfiyyat Təşkilatı ETTELAAT Nazirliyi və SEPAH-ın Kəşfiyyat Təşkilatı ilə yanaşı İslam Respublikasının üçüncü ən böyük kəşfiyyat qurumuna çevriləcək.
Qeyd edək ki, 12 il öncə SEPAH-ın kəşfiyyat bölməsinin SEPAH-ın Kəşfiyyat Təşkilatına yüksəldilməsi ilə İranın kəşfiyyat orqanlarının sayında da oxşar artım baş vermişdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki