image-328276234_1412108959535352_6652824772388880340_nbackend

İrandakı 2022-23-cü il etirazları: Rejim niyə sağ qaldı?

image-reklam_sirab_01
Bu sualın cavabını qismən İslam Respublikasının institusional xarakterində, eləcə də rejimin böhranı xariclə əlaqələndirməsində, amansızlıqda və praqmatizmdə tapmaq olar.
Vətəninfo.az xəbər verir ki, “Arab Gulf States İnstitute” analitik mərkəzinin hesabatına görə, İrandakı diktatura Pəhləvi rejimindən çox yüksək dərəcədə mərkəzləşmişdir ki, bu da respublikanı daha sabit edir.
İranın ali rəhbəri hökumət bürokratiyasından və ya siyasi təsir və iqtisadi qazanclar uğrunda yarışan hakim elita fraksiyalarından ibarət çoxsaylı güc mərkəzləri arasında əsas güc mərkəzidir.
Ali rəhbər Xameneyi konstitusiya ilə möhkəmlənmiş diktator səlahiyyətlərini həyata keçirmək və öz üstünlüklərini tətbiq etmək əvəzinə, qərarların qəbulu prosesinə müxtəlif güc mərkəzlərini və hakim elitaları cəlb edir, özü isə son arbitr kimi çıxış edir.
Bu, nəinki təkcə daha yaxşı idarəçiliyi təmin edir və sistemi ali rəhbərin səhvlərindən qoruyur, həm də siyasətin uğursuzluğu halında məsuliyyət yükünü və günahı paylaşmağa şərait yaratmış olur.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki