Vətəninfo.az xəbər verir ki, İranın Zorxana və Pəhləvan Güləşi Federasiyasının rəhbəri Mehrəli Barançeşmə təxribatçı açıqlama ilə çıxış edib. O bildirib ki, Mədəni İrs Nazirliyi və digər məsul şəxslər “Güləş Mədəniyyəti və Zorxana İdmanı”nın YUNESKO-da Azərbaycan Respublikasının adına qeydiyyata alınmasına mane olmalıdırlar”.
O, əlavə edib: “16 noyabr 2010-cu il tarixdə İran İslam Respublikasının müraciətinə əsasən Keniyada iclası keçirilən YUNESKO-nun mənəvi irs siyahısında “Pəhləvan və Zorxana mədəniyyəti ayinləri” kimi qeydə alınıb və həmin sənəd Federasiyada mövcuddur. Ona görə, “Pəhləvan və Zorxana Mədəniyyəti Ayini” UNESCO-da İranın adına qeydiyata alınıb.
Vaxtilə İran ərazisi olan Azərbaycan ölkəsi ötən həftə Mərakeşdə keçirilən iclasda UNESCO tərəfindən təsdiqlənən “Zorxana və Pəhləvan idmanı mədəniyyəti”nin öz adına qeydiyyata alınmasını təklif edib və əslində, orada bir söz dəyişdirilib.
Azərbaycan “Zorxana və Pəhləvan İdmanı Ayinləri” ifadəsindəki “ayin” sözünü Pəhləvanlıq “mədəniyyəti” sözü ilə əvəz edib. Azərbaycan dəcəllik edir, dostlar onlardan aktiv olmalıdır”.