Vətəninfo.az xəbər verir ki, dünən axşam xomeyniçi jurnalist Hüseyn Əlinin adından (Həmid Babai) Facebook səhifəsində video yayımlanıb.

Babai xəbərdarlıq edib ki, Müsavat Partiyası noyabrın 15-də İranın Bakıdakı səfirliyi qarşısında mitinq keçirsə, dərhal aşağıdakı cavab tədbirləri görüləcək:

Tehranda aksiya keçiriləcək, onun iştirakçıları Azərbaycan səfirliyinə daş atacaqlar;

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən İrana daxil olan yük maşınlarının sürücüləri öldürüləcək, nəqliyyat vasitələri isə yandırılacaq.