image-324430494_1472362663297169_4788933014563197107_nbackend

İrandan  Türkiyəyə şok təxribat: Qaz nəqlini tamamilə  dayandırdı

image-reklam_sirab_01
Türkiyənin Energetika Nazirliyi xəbərdarlıq edib ki, İran İslam Respublikasının qaz ixracını dayandırdığını elan etdikdən sonra bu ölkənin sənaye və elektrik stansiyaları qaz qıtlığı ilə üzləşəcək. Vətəninfo.az xəbər verir ki, İran havaların soyuduğu bir ərəfədə Türkiyəni ağır sınağa çəkib.
Türkiyənin “BOTAŞ” Qaz Şirkəti şənbə günü bildirib ki, İran bu ilin əvvəlindən “qazpaylayıcı şəbəkədəki texniki nasazlıq” səbəbindən Türkiyəyə qaz ixracının 70% azaldığını bildirən rəsmi məktub göndərib.
Amma Türkiyənin Energetika Nazirliyi bu gün İranın 10 gün ərzində qaz ixracını tamamilə dayandırdığını açıqlayıb.
Xatırladaq ki, İran ötən il də Türkiyəyə qaz nəqlini iki həftəlik dayandırmışdı.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki