image-327002216_731274885101375_3011866752637936600_nbackend

İrandan yeni hiylə: terrorçu Yasin Hüseynzadə ruhi xəstəxanaya yerləşdirildi

image-reklam_sirab_01
İranın “Khabarban” saytı xəbər verir ki, cinayət işinin istintaqını həyata keçirən Tehran Cinayət Prokurorluğunun qənaətinə görə, Hüseynzadə şizofreniya da daxil olmaqla bir sıra psixi problemlərdən əziyyət çəkir.
Vətəninfo.az xəbər verir ki, həmçinin məlum olub ki, Azərbaycanın İrandakı səfirliyində terror aktı törədən cinayətkar azı bir ay müddətində Tehrandakı psixiatriya xəstəxanalarından birində qalacaq və burada müxtəlif müayinələrdən keçiriləcək.
Bu faktın özü artıq rəsmi Tehranın cinayətkar Yasin Hüseynzadəni öz himayəsi altına götürdüyünü bir daha sübut edir.
Qeyd edək ki, bundan öncə İran hakimiyyəti terror hücumu edən şəxsin cinayət əməlini guya ailə münaqişəsi zəminində törətdiyini bildirmişdi.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki