ABŞ və İsrailin hücumları səbəbindən Yaxın Şərq xalqlarının müqavimət göstərməkdən başqa çarəsi qalmayıb.
Vətəninfo.az xəbər verir ki, bu barədə İranın Ali Lideri Müctəba Xameneinin Livanın radikal Hizbullah qruplaşmasına göndərdiyi məktubda deyilir.
Xameneyi yazıb: “Livan Hizbullahı İsrailin və onun sponsorlarının hücumlarına qarşı sarsılmaz bir qaya kimi dayanır”.
Onun sözlərinə görə, Hizbullahı qorumaq İranın strateji siyasəti kimi müəyyən edilir.
İranın ali lideri bildirib ki, “Livanın ərazi bütövlüyünün qorunması və İsrail təcavüzünün tamamilə aradan qaldırılması müharibəyə son qoymaq üçün ABŞ ilə anlaşma memorandumunun ilk şərtləridir”.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Hizbullah rəhbərliyi ilə birbaşa dialoqa girməyə hazır olduğunu açıqlamışdı.


























