Vətəninfo.az Baazaar Moshtarak saytına istinadən xəbər verir ki, İranın Sənaye, Mədən, Ticarət Evi yanında Kommersiyanın İnkişafı Komissiyasının sözçüsü Seyid Ruhullah Lətifi Azərbaycan, Ermənistan və Gürcüstanla ticarətlə bağlı deyib: “İlk 6 ayda İranın üç ölkə – Ermənistan, Azərbaycan və Gürcüstanla ticarət həcmi 666.277.678 milyon dollar dəyərində 1.307.160 milyon ton olub ki, bu da çəki baxımından 24 faiz, dəyər baxımından isə 12 faiz artıb”.
O, Qafqaz ölkələrindən İrana idxal barədə isə bildirib: “Həmin dövr ərzində bu üç ölkədən idxal isə 113.796.578 milyon dollar dəyərində və 41.403 min ton mal olub ki, bu da çəki baxımından 3 faiz, dəyər baxımından isə 2 faiz artım deməkdir”.
Lətifinin sözlərinə görə, ticarətin inkişafına mane olan amillərdən biri də Qafqazda ticarətə və malların daşınmasına mənfi təsir göstərən proseslər və sərhəd münaqişələridir ki, bura ərazilərdən keçmək xərcləri və nəqliyyat parkının dəyişməsi daxildir. Təbii ki, buna siyasi konyuktura da təsir edir.