Dünya şöhrətli futbolçu Əli Dayinin İnstaqram hesabında SEPAH-ın Qüds qanadının zabitinə cavab olaraq “Bu torpaqda kökü olan biri yox, gələn biri gedər” yazan paylaşımı indiyədək 3.700 milyondan çox bəyənmə toplayıb.
Vətəninfo.az xəbər verir ki, bundan öncə Əli Dainin paylaşımlarından biri 3,5 milyon bəyənmə ilə iranlı istifadəçilər arasında ən çox bəyənmə sayına sahib olmuşdu.
Qeyd edək ki, keçən həftə İslam İnqilabının Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin üzvü Əmirhüseyn Hacı Nəsiri İran televiziyasının “Ufuq” telekanalında Əli Dayiyə kinayə ilə deyib: “Bunlar bizim qəhrəmanlarımız deyil. Allah ona hündür boy verib və kim çarpaz pas verirdisə, top onun başına dəyərək qol olurdu”.