image-321492320_528850899307578_7899134489831490743_nbackend

İranın beynəlxalq polisi ilə işğalçı Ermənistan polisi arasında əməkdaşlıq sənədi imzalanıb

image-reklam_sirab_01

İranın FƏRACA beynəlxalq polisi və Ermənistan polisinin rəhbərləri ikitərəfli beynəlxalq əməkdaşlıq üçün uyğun platforma yaratmaq məqsədilə əməkdaşlıq memorandumu imzalayıblar.

Vətəninfo.az xəbər verir ki, İranın FƏRACA polisinin rəisi general Hadi Şirzad Ermənistan polisinin rəisi ilə görüşdə iddia edib: “Bu sənədin imzalanması mütəşəkkil cinayətkarlıqla mübarizə və beynəlxalq axtarışda olan şəxslərin ekstradisiyası kimi işlərdə polisin qarşılıqlıqlı fəaliyətinə zəmin yaradacaq.

İran polis komandanlığı ilə Ermənistan polisi arasında beynəlxalq səviyyədə əməkdaşlıq etmək, beynəlxalq təqsirləndirilən şəxslərlə iş aparmaq məqsədilə əməkdaşlıq protokolunun imzalanması hər iki ölkənin polis diplomatiyası ilə bağlı əlaqələrini möhkəmləndirə bilər”.

Ermənistan polisinin rəisi Armen Mkrtıçyan isə İran polisinin “qonaqpərvərliyinə” görə məmnunluğunu bildirərək deyib: “Biz protokollarda yer alan proqramları və ikitərəfli əməkdaşlığı alqışlayırıq”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki