image-315116784_426805159657812_7200146686978829695_nbackend

İranın daha bir əyalət mollası Azərbaycanı İrana terrorçu göndərməkdə ittiham edib

image-reklam_sirab_01
Daha bir iranlı molla Azərbaycana qarşı təxribatçı açıqlama verib. Vətəninfo.az xəbər verir ki,
İran İslam Respublikası dünyaya ən böyük terror ixracatçısı sayıldığı halda, Xameneyinin Təbrizdəki nümayəndəsi Məhəmmədəli Ali-Haşem gülünc bəyanat yayıb.  Məhəmmədəli Ali-Haşem cümə namazı xütbələrində Azərbaycanın adını çəkmədən İranın “regional məsələlərdə sülh və qardaşlıq mövqeyində olduğunu” iddia edərək deyb: “Biz heç vaxt qonşularımızın haqlarını pozmamışıq və heç bir ölkəyə də bizim hüquqlarımızı pozmağa icazə verməmişik”.
“Qonşuların da bizimlə sülh və qardaşlıq mövqeyində qarşılıqlı əlaqədə olmasını gözləyirik. İran dəfələrlə vurğulayıb ki, bu yaxınlarda həyata keçirdiyi hərbi təlim heç bir qonşunun nə lehinə, nə də əleyhinə deyil və konkret məqsədləri var idi”,- o, əlavə edib.
Din xadimi İran rəsmilərinin Azərbaycana qarşı əsassız iddialarını da təkrarlayıb: “Hesab edirik ki, dövlətlərin münasibətlərinə xarici müdaxilə zərərlidir və qonşu dövlətlər terrorçuların başqa ölkələrə göndərilməsi üçün platformaya çevrilməməlidir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki