image-340746831_738486411061238_370910567575297623_nbackend

İranın dövlət qəzetindən şok təxribat: “Hüseyniyun” terror qruplaşmasının üzvlərindən müsahibə aldı

image-reklam_sirab_01
İran hökumətinin rəsmi xəbər orqanı olan “İran” qəzeti dünənki sayında “Hüseyniyun” terror qruplaşmasının üzvlərindən müsahibə alıb.
Vətəninfo.az xəbər verir ki, Azərbaycana qarşı düşmən mövqeyi ilə tanınan qəzetin baş redaktoru Məhəmməd Mütləqin “Hüseynçilər” qruplaşmasının qondarma rəhbəri ilə apardığı bu müsahibədə sözügedən terror qruplaşmasının yaradılmasının yeni məqamları üzə çıxıb.
“Hüseiniyun” terror qruplaşmasının təsisçisi Tohid İbrahimbəyli qruplaşmanın yaranmasında SEPAH-ın Qüds qanadının öldürülmüş generalı Qasım Süleymaninin rolu haqqında deyir:
“Qasım Süleymani hesab edirdi ki, bir gün Suriyada müharibə bitəcək, lakin İsraillə “müqavimət oxu”nun fəaliyyəti Cənubi Qafqaza keçəcək. Bu səbəbdən o, strukturlardan yan keçərək “Hüseyniyun” qruplaşmasının nizamnaməsini imzaladı. Azərbaycan “müqavimət oxu”na daxil olan ölkələr sırasında deyildi və Hacı Qasımın işi bir növ dekonstruksiya hesab olunurdu”.
Müsahibədə iştirak edən bu terror qruplaşmasının digər üzvləri arasında Orxan Məmmədov, Musa Əsədzadə, Əkrəm Hacızadə də var.
Qeyd edək ki, müsahibə zamanı “Hüseyniyun” terror qruplaşmasının üzvləri 2018-ci ildə Gəncə şəhərinin icra başçısı Elmar Vəliyevin qətlinə görə məsuliyyəti dolayısı ilə öz üzərlərinə götürürlər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki