image-319903026_1168043563817069_1691372104663913964_nbackend

İranın Elm Nazirliyi işğalçı Ermənistanla qarşılıqlı əlaqələri genişləndirmək istəyir

image-reklam_sirab_01
İranın Elm, Tədqiqat və Texnologiya Nazirliyinin ikitərəfli elmi əməkdaşlıq mərkəzinin rəhbəri deyib: “İranın Elm Nazirliyi ciddi şəkildə dost və qardaş ölkə Ermənistanla əməkdaşlığa və qarşılıqlı əlaqələrin genişləndirilməsinə çağırır”.
Vətəninfo.az xəbər verir ki, Keyvan Saedi bunu  İrəvan Universiteti ilə Əhvazın Şəhid Çamran Universiteti arasında elmi və mədəni əməkdaşlığın inkişafı üçün keçirilən görüşdə deyib: “İran-Ermənistan əməkdaşlığının səviyyəsi yüksəkdir və biz şadıq ki, elmi və mədəni mübadilə imkanı yaradılıb. İranla Ermənistan arasında mədəni-sivilizasiya əlaqələri və qarşılıqlı münasibətlər inkişaf edir”.
“Ötən aylarda hər iki ölkənin yüksək vəzifəli şəxsləri səviyyəsində bir sıra görüşlər keçirilib. Biz Ermənistanın qonşu dövlətlərlə əlaqələrinin yaxşılaşmasını alqışlayır və dəstəkləyirik. Ermənistan, şübhəsiz ki, heç bir şəraitdə öz tarixi dostlarını unutmayacaq”,- o, əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki