image-334118548_763167845375664_8783489243419851379_nbackend

İranın Əmək və Sosial rifah naziri Ermənistana səfər edib

image-reklam_sirab_01

Nazir Seyid Sulət Murtəzəvi Ermənistanın əmək və sosial məsələlər naziri Narak Mkrtçyanın dəvəti ilə yüksək vəzifəli nümayəndə heyəti ilə birgə bazar günü axşam saatlarında İrəvan hava limanında Ermənistanın yüksək vəzifəli siyasi rəsmiləri tərəfindən qarşılanıb.

Vətəninfo.az xəbər verir ki, İranlı nazirin səfərində məqsəd Ermənistan tərəfi ilə birgə komissiya çərçivəsndə ikitərəfli əməkdaşlığın genişləndirilməsini müzakirə etmək və fikir mübadiləsi aparmaqdır.

Bir müddət öncə İran prezidenti İbrahim Rəisi Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuat konfransında bildirmişidi ki, iki ölkənin məqsədi ikitərəfli ticarəti 3 milyard dollara çatdırmaqdır və iki ölkə arasında ticarət əlaqələri son aylar ərzində 43% artıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki