image-img_20230213_140443backend

İranın keçmiş XİN başçısı: “Azərbaycanlı qardaşlarımızla dialoq qapısını bağlamayaq”

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın sabiq xarici işlər naziri Mənuçehr Mottəki İran rəhbərliyini siyasətini dəyişməyə çağırıb.

“Hazırki vəziyyətdə Azərbaycanla münasibətlərimiz hər iki ölkənin düşmənləri, o cümlədən İsrail və ABŞ tərəfindən tamah və ədavətə uğrayıb, ona görə də bu fitnələr içərisində iki ölkə arasında münasibətləri qoruyub saxlamaq çətin, lakin mümkündür”.- deyə sabiq nazir bildirib.

O, Azərbaycan səfirliyində baş verən insident və ondan sonra “şimal qonşunun davranışı” ilə
bağlı bildirib: “Azərbaycan Respublikası bizim qonşumuzdur və aramızda ən çox tarixi, dini və mədəni ortaq cəhətlər var. Öz mövqeyimizi bəyan etməklə yanaşı, çəkindirici və təmkinli olmaq, azərbaycanlı qardaşlarımızla dialoq qapısını bağlamamaq lazımdır”.

“Ağıllı, qardaşlıq və xeyirxah qarşılıqlı fəaliyyət sayəsində Azərbaycana kömək etməliyik ki,
“yad qüvvələrin və üçüncü tərəfin alətinə çevrilməməsin”. Bu, həm onların xeyrinədir, yaxşı
münasibətin olması İslam Respublikasının da marağındadır”,- o, əlavə edib.(Fars News)


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki