image-4404022backend

İranın kəşfiyyat nazirindən İDDİA:”İsrail kəşfiyyatının 12 üzvünü ələ keçirmişik”

image-reklam_sirab_01

“İranda İsrail rejiminə bağlı 12-dən çox terrorçu dəstə saxlanılıb” – Vətəninfo.az xəbər verir ki, bu açıqlamanı  İranın kəşfiyyat naziri Höccətülislam Seyid İsmail Xətib verib.

Xətibin sözlərinə görə, qısa müddət ərzində kəşfiyyat qüvvələri tərəfindən saxlanılan terrorçu qruplar son zamanlar uğursuzluqlarının (İranda təhlükəsizlik yaratmaqda) qisasını əməliyyat keçirərək almağı planlaşdırıblar.

Düşmənlərin fitnələrinin İran xalqını daha yaxşı tanımasına səbəb olduğunu deyən Xətib vurğulayıb ki, ölkə İslam İnqilabı Rəhbərinin rəhbərliyi və İran xalqının birliyi ilə son fitnədən uğurla keçib.

İranın kəşfiyyat naziri İranın qonşu ölkələri ilə yaxınlaşmaq niyyətində olan düşmənlərə xitab edərək vurğulayıb ki, İran ölkənin təhlükəsizliyi və milli mənafeyindən söhbət gedəndə düşmənlərlə qətiyyətlə üzləşəcək.

Yanvarın 10-da xəbər mənbələri İranın kəşfiyyat qüvvələrinin ölkə daxilində Mossad-ın 2 casusluq qrupunun 13 üzvünü müəyyən edib saxlamağa müvəffəq olduğunu bildirib. Bu, sionist rejimin 6 aydan az müddətdə ikinci böyük kəşfiyyat və əməliyyat uğursuzluğu idi.

Onlardan müxtəlif növ əməliyyat avadanlığı da götürülüb”, – deyə məlumatda bildirilir.

Kəşfiyyat Nazirliyi dekabrın 22-də yaydığı bəyanatda kəşfiyyat qüvvələrinin gecə-gündüz və ciddi səyləri nəticəsində Mossad casus agentliyinə bağlı dörd əməliyyat qrupunun müəyyən edildiyini və bütün üzvlərin həbs edildiyini açıqlayıb.  

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki