Vətəninfo.az xəbər verir ki, bu gün İranın Tasnim xəbər agentliyi “X” platformasında fars, ərəb və ingilis dillərində fəaliyyət göstərən rəsmi hesablarının bloklandığını açıqlayıb.
Agentliyin məlumatına görə, bundan öncə Telegram da İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəsmi hesabını bağlamışdı.
Tasnim bloklanmaların səbəbi ilə bağlı əlavə məlumat verməyib.


























