image-ukra-2-696x434backend

“İranın PUA zavodları darmadağın edilməlidir” – Ukrayna rəsmisi

image-reklam_sirab_01

“Rusiyaya pilotsuz uçuş aparatları (PUA) tədarük edən İran zavodları darmadağın edilməlidir”.

Bu barədə Ukrayna Prezidenti Aparatı rəhbərinin müşaviri Mixaylo Podolyak tviter səhifəsində yazıb.

“Rusiya üçün raketlərin, pilotsuz uçuş aparatlarının tədarükünü artırmağı planlaşdıran İran beynəlxalq sanksiyalar institutuna laqeyd yanaşır… İşləməyən sanksiyalardan, BMT qətnamələrinin etibarsız konsepsiyasından imtina edib daha destruktiv alətlərə – zavodların darmadağın, tədarükçülərin həbs edilməsinə keçmək vacibdir”, – o yazıb

Ukrayna rəsmiləri hesab edir ki, İran Rusiyaya “Mohajer-6” və “Shahed-136” PUA-ları satır. Kiyev administrasiyası dekabrın 14-də “Shahed-14” dronları ilə iki inzibati binaya ziyan vurulduğunu açıqlayıb. İran Xarici İşlər Nazirliyi Ukrayna müharibəsinin başlamasından bir neçə ay əvvəl Rusiyaya PUA satdıqlarını etiraf edib. Dekabrın 12-də Avropa İttifaqı Rusiyaya hərbi dəstəyinə görə İrana qarşı sanksiyalar tətbiq edib.

Rusiya və İran təyyarələrin, helikopterlərin istehsalı və hava nəqliyyatına texniki qulluq üzrə birgə layihələri müzakirə edirlər. Bundan əlavə, yaxın vaxtlarda Moskva və Tehran hərtərəfli əməkdaşlığa dair uzunmüddətli saziş imzalayacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki