Ötən gecə İranın qərbindəki İlam əyalətinin Abdanan şəhərindəki meydanda yüzə yaxın adam iğtişaşlar törədib.
Vətəninfo.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
İran kürdlərinin 80%-dən çoxu İraqla həmsərhəd olan İlam əyalətində yaşayır.
“Dünən gecə meydanda yüzə yaxın insan toplaşıb… Onlar cəmiyyətə zidd şüarlar səsləndirib, iğtişaşlar törədiblər… Polisin müdaxiləsindən sonra iğtişaşlar dayanıb”, – məlumatda deyilir.
Agentliyin məlumatına görə, iğtişaş törədən beş nəfər yüngül xəsarət alıb, on nəfər saxlanılıb.
Agentlik iddia edir ki, bu iğtişaşlar iki kürdün – 2022-ci ilin payızında Abdananda baş verən iğtişaşların təhrikçilərindən biri olan Səccad Moradavandi və internet fəalı Ayata Arefiniyanın saxlanmasına etiraz olaraq yaranıb.publika