image-326465231_978294720211176_193555378217332421_nbackend

İranla Pakistan arasında qalmaqalı: 4 Pakistan əsgəri həlak oldu

image-reklam_sirab_01
İranla Pakistan sərhədində, Bəluçestan əyalətinin Pəncqur bölgəsində həyata keçirilən terror əməliyyatı nəticəsində Pakistan ordusunun 4 hərbçisi həyatını itirib.
Vətəninfo.az xəbər verir ki, hadisə ilə bağlı Pakistan Ordusunun Baş Qərargahı məlumat yayıb.
Məlumatda hücum edənlərin İran ərazisindən istifadə edərək terror əməliyyatına əl atdıqları bildirilib.
Pakistan prezidenti Arif Ələvi və Baş nazir Şahbaz Şərif terror əməliyyatını pisləyib, İran hökumətindən sərhəddə təhlükəsizliyin təmin edilməsi üçün ciddi tədbirlər görməsini tələb ediblər.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki