İranlı aktyor Həmid Fərroxnejad özünün “İnstaqram” hesabında İranın dini rəhbəri Əli Xameneyiyə səslənərək onu düzlüyə dəvət edib.
Vətəninfo.az xəbər verir ki, aktyor sosial hesabında bunları yazıb: “Ölkədə baş verən bütün son hadisələrin səbəbkarı və günahkarı sənsən, hər iki tərəfdən, xalqdan və təhlükəsiz qüvvələrindən tökülən bütün qanların təqsirkarı sənsən”.
O əlavə edib: “Sən özünü qəbul etməyə belə cəsarət etməyən qorxaq və yetkinləşməmiş bir zorakısan”.