image-339572545_950163536191810_93030091467359734_nbackend

İranlı deputat hökuməti sərt tənqid etdi: “Qələt edirsiniz…”

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İran Parlamentin Xürrəmabad şəhərindən seçilmiş millət vəkili Mürtəza Mahmudvənd hökümətə səslənib: “Qələt edirsiniz ki, hicab bəhanəsi ilə xalqın canına qənim kəsilirsiniz”.
Parlament sədri Baqer Qalibaf hicab və iffət məsələsini İran dindarlarının ciddi narahatlığı adlandırdığı halda, Mürtəza Mahmudvənd İran xalqının əsas probleminin onun belini qıran yoxsulluq, iqtisadiyyat və dolanışıq xərcləri olduğunu bildirib.
Deputat ictimai yerlərdə qadınlar və uşaqlarla zorakılıqla davrananları “düşmənin əsgərləri”, “İslam Respublikasının təxribatçıları” və “cahillər” adlandırıb.
Mahmudvənd hicab sahəsində “normanı pozmaq” bəhanəsi ilə qadınlara qarşı zorakılığa əl atanları dolayısı ilə “düşmən əsgəri” adlandıraraq onlara belə deyib:
“Siz İslam Respublikası adına səhv edirsiniz və xalqın övladlarını öldürürsünüz. İslam Respublikasının düşməni siz özünüzsünüz. Qələt edirsiniz insanları öldürürsünüz”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki