image-image_750x_6375cfc627ebcbackend

İranlı deputatdan təxribatçı açıqlama:”Azərbaycan bizim ərazidir”

image-reklam_sirab_01

İranlı daha bir deputat təxribatçı açıqlama verib. Vətəninfo.az xəbər verir ki, İranın qafqaz.ir saytına açıqlamasında  Təbrizdən seçilən millət vəkili Əhməd Əlirezabeiqi Azərbaycan prezidenti İlham Əliyevin çıxışlarına  münasibət bildirib.

“ Sovet İttifaqı dağılandan sonra o ölkənin tikanlı məftilləri götürüləndə biz çoxlu sayda azərbaycanlının bu ölkəyə necə tələsdiyinin şahidi olduq. İrana köçmək üçün özlərini Araza atırdılar.Azərbaycan bizim ərazimizdir”, – deyə deputat bildirib.

“İranı azad edəcəyini deyən ABŞ prezidentinin açıqlaması şimallı qardaşlarımızı ümidləndirib. Tarix göstərir ki, Azərbaycan İrana məxsusdur və əgər söhbət yenidən birləşmədən gedirsə, o zaman azərbaycanlılar İrana qoşulmalıdır.”- deyə millət vəkili bildirib.

P.S. Təbrizli millət vəkilinin dedikləri həqiqət ola bilər. Tezliklə Azərbaycan bütöv olacaq. O zaman paytaxtımız Təbriz olacaq. Görünən odur ki, İran bunların baş verəcəyini başa düşür və qorxu ondan irəli gəlir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki