image-323429321_902821280910801_3687783383483015312_nbackend

İranlı din xadimi: “Bu hakimiyyətlə İranda islahat mümkün deyil”

image-reklam_sirab_01
İranın Sistan və Bəluçistan əyalətinin tanınmış sünni din xadimi Moləvi Əbdülhəmid hazırkı hakimiyyətin islahatlara gedcəyi ilə bağlı deyilənləri şərh edib. Vətəninfo.az xəbər verir ki, o, bu ehtimalın sıfıra bərabər olduğunu deyib.
İranın keçmiş baş naziri Mirhüseyn Musəvinin son açıqlamasına toxunan nüfuzlu din xadimi başqa siyasətçilərin də reallıqları qəbul etmələrini istəyib.
“Ölkəyə ürəyi yanan siyasətçilər gözlərini açmalı və həqiqətləri görməlidirlər”,- deyə, Əbdülhəmid bildirib.
Qeyd edək ki, üç gün öncə verdiyi açıqlamada keçmiş baş nazir Mirhüseyn Musəvi İranın siyasi strukturunda aparılan islahatların səmərəsiz olduğunu deyib və Konstitusiyada dəyişiklik edilməsinin vacibliyini vurğulayıb.
“Mövcud sistemin dəyişdirilməsi və ya əsaslı şəkildə yenilənməsi xalqın hüquqlarından biridir. İran fundamental transformasiyaya hazırdır”,-deyə, o qeyd edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki