Vətəninfo.az xəbər verir ki, İranın Azərbaycandakı keçmiş səfiri Mohsen Pakayin “X” hesabında yazır:
“Rusiyanın əsas limanları və dəmir yolu xətləri Amerika sanksiyaları səbəbindən problemlərlə üzləşib və Moskva Rəşt -Astara dəmir yolunun tikilməsi ilə tezliklə Oman dənizinə və İran körfəzinə çıxış əldə etmək istəyir. Azərbaycan da bu layihədə iştirak etmək istəyir”.