image-333backend

İranlı ekspert yenə Azərbaycan xalqını təhqir etdi

image-reklam_sirab_01
İran hökumətinin sifarişi ilə illərdir Azərbaycan əleyhinə ən qatı mövqedən çıxış edən Tehran Universitetinin müəllimi, özünü Qafqaz üzrə “siyasi şərhçi” kimi qələmə verən Ehsan Movəhhediyan yenə Azərbaycan xalqını təhqir edib. Vətəninfo.az xəbər verir ki, o özünün  “Tvitter” hesabında ötən gün Azərbaycanda səfərdə olan ABŞ Konqresinin üzvü Mayk Doran və İsrailli professor Brenda Şafferin Xudafərin bölgəsinə baş çəkməsi ilə bağlı video paylaşaraq yazıb:
“Psixoloji müharibə mütəxəssisləri və İranda xaos və paraçalanmanın İsrail və ABŞ-dan olan nəzəriyyəçiləri ölkəmizin “Bakı Respublikası” ilə sərhədinə gələrək dolaşırlar. Bu quldurların üzərinə səs bombası yağdırmaq və saçma tüfəngindən atəş açmaq lazım idi ki, qaçsınlar və bir daha qələt edib İran sərhədinin kənarına gəlməsinlər”.
Daim İran-Azərbaycan əlaqələrini korlamağa ciddi cəhd edən bu militarist ekspert daha sonra İran hakimiyyətinə səslənib: “Bir dəfə də ciddi olun, onların bu “həyasızlığı” İranın dini və yumşaq yanaşmasına cavab idi!”
P.S. Daima Azərbaycan xalqını aşağılayan bu milləti bilinməyəni yəqin ki, cənublu soydaşlarımız cəzalandıracaq.
image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki