image-330907606_1195445771100445_3856437237452517865_nbackend

İranlı ekspert: “Zəngəzur dəhlizinin açılması İranın maraqlarına ziddir ”

image-reklam_sirab_01
“Zəngəzur dəhlizinin açılması İranının maraqlarına ziddir” –Vətəninfo.az xəbər verir ki, bunu İranlı siyasi ekspert Əli Qaem Məqami  bildirib.
Ekspert bildirib ki, Ermənistanla Azərbaycan arasında Qarabağ müharibəsinin başa çatması ilə Türkiyə və Azərbaycan ciddi şəkildə Zəngəzur dəhlizinin yaradılmasına çalışırlar.
“Zəngəzur dəhlizinin açılması Ermənistanın suverenliyinin pozulması deməkdir.Türkiyə Qafqaz bölgəsində güclü təsirə malik olmağa çalışıb və İsraillə birlikdə Cənubi Qafqaz regionuna daxil olub; Bu o deməkdir ki, İsrailin Gürcüstanda, müəyyən dərəcədə Ermənistanda və Azərbaycanda təsiri xeyli genişlənib və bir növ Rusiyanın nəzarəti altında regionda Azərbaycan, İsrail və Türkiyə üçbucağının formalaşdığını söyləmək olar. Belə ki, Rusiya icazə verməsə, İsrail bunu təkbaşına edə bilməz və ya Türkiyə narazı olsa, İsrailin təsir etmək hüququ olmayacaq. Amma bu arada, bəzi ekspertlərin arqumentlərinə görə, İsrailin Cənubi Qafqaz və Mərkəzi Asiyadakı təsiri ilə bağlı narahatlıqlar var”,- ekspert əlavə edib.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki