İranlı futbolçu Əmir Nəsr-Azadani 26 il müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə “Frans-Press” məlumat yayıb.
Məlumata görə, o, noyabrın 16-da İsfahan vilayətində təhlükəsizlik qüvvələrinin üç əməkdaşının ölümü ilə nəticələnən insidentdə iştirak edib.
Nəsr-Azadani üç fərqli ittihamla cəzalandırılıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu sonuncu dəfə İranın “İrancavan” klubunda çıxış edib.