Qatı anti-Azərbaycan mövqeyi ilə tanınan iranlı media fəalı Reza Abbasi özünün sosial media hesabında ölkə rəsmilərini sərt tənqid edib. Vətəninfo.az xəbər verir ki, jurnalist bildirib ki, hökumət rəsmiləri öz davranışları ilə Xoyda zəlzələdən ziyan çəkənlərə yardım etmək istəmədiklərini etiraf edir.
“Suriya və Türkiyə xalqlarına kömək etmək elə bir addımdır ki, buna qarşı çıxan hər kəs qətiyyən insan deyil. Xoyda dəhşətli mənzərə hökm sürür. Ancaq ölkə məmurlarına tənqidim budur ki, siz bu qədər operativ və tez yardımlar göndərə bildiyiniz halda, Xoy zəlzələsində niyə bu qədər səriştəsiz davrandınız?” – Reza Abbasi bildirib.