image-99backend

İranlı nazirdən qalmaqallı açıqlama: Etirazları bu ölkələr təşkil edib 

image-reklam_sirab_01

Vətəninfo.az xəbər verir ki, İranın kəşfiyyat naziri İsmayıl Hatib ölkədə ölümlə nəticələnən etirazların ABŞ, İsrail, İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən törədildiyini iddia edib.

“İran düşmənçilik davam edərsə, bu strateji səbrin davam edəcəyinə heç bir zəmanət vermir. Əgər İran qarşılıq vermək qərarına gəlsə, bu ölkələr sabitlik görməyəcək”. deyə nazir bildirib.

Hadisələrin ABŞ, İsrail , İngiltərə və Səudiyyə Ərəbistanı tərəfindən maliyyələşdirilən media tərəfindən təhrik edildiyini iddia edən Hatib, “İran region ölkələrində hər hansı bir qeyri-sabitlik yoluxdurucusur və İranda hər hansı bir qeyri-sabitlik davam etsə bu qonşu ölkələrdə də olacaq”. deyə nazir təhdid edib.

Qeyd edək ki, İranda ixtişaşlar sentyabrın 13-də “əxlaq polisi” tərəfindən saxlandıqdan sonra komaya düşən və xəstəxanaya aparılan 22 yaşlı Məhsa Emininin sentyabrın 16-da Tehranda ölümü etirazlara səbəb olub.  Hadisələrdə mülki şəxslərin və təhlükəsizlik qüvvələrinin öldüyü barədə rəsmi mənbələrdən açıqlamalar olsa da, ölənlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki