image-332795363_819809046297438_7366010051831487695_nbackend

İranlıların Ermənistana gediş-gəlişinin statistikası: gündəlik 300 yük maşını

image-reklam_sirab_01
Vətəninfo.az xəbər verir ki, İranın Ermənistanla Norduz sərhəd terminalına baş çəkərkən terminalın direktoru Məhəmməd Bayburdi buranı İranın gündəlik 300 yük və 800 sərnişin daşıyan avtomobillərinin keçdiyi ən aktiv terminallardan biri adlandıraraq deyib: “Sözügedən terminaldan sərnişin axını gündə 1500 nəfərə çatır”.
Terminala baş çəkən Şərqi Azərbaycan əyalətinin başçısı Xorrəm Abedinə məlumat verən Bayburdi habelə son bir il ərzində bu sərhəd məntəqəsindən ixrac həcmini 73 milyon dollar qeyd edib ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 39% artım deməkdir.
Onun sözlərinə görə, son bir ildə Norduz gömrüyündən 266 mindən çox sərnişin keçib və baqaj ticarətinin (sərnişinin özü ilə daşıdığı mallar) həcmini də hesablasaq, İrandan həmin sərhəd terminalı vasitəsi ilə ixracın dəyəri 6 milyon dollardan artıqdır.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki