image-img_20221122_110226backend

İraq  İrana NOTA  VERDİ: Xarici İşlər Nazirliyi açıqlama YAYDI 

image-reklam_sirab_01

İraq Xarici İşlər Nazirliyi noyabrın 21-də yaydığı bəyanatda İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraqın Kürd bölgəsi ərazisinə raket zərbələri endirməsini pisləyib.

Vətəninfo.az xəbər verir ki, bəyanatda deyilir ki, İranın İraqın şimalındakı kürd bölgələrinə raket və dron hücumları ölkənin suverenliyinin pozulması deməkdir.

İraq Xarici İşlər Nazirliyi əlavə edib ki, İraq ərazisi nə döyüş meydanı, nə hesablaşma sahəsi, nə də qonşu ölkələrə zərər vurmaq üçün poliqon deyil.

Qeyd edək ki, İran hökuməti noyabrın 21-i səhər saatlarından etibarən İraqın şimal bölgəsinə raket və dron hücumlarını yenidən başladıb.

İran rəsmiləri İraqın Kürdüstan bölgəsində yerləşən kürd partiyalarını dəfələrlə etiraz aksiyaları təşkil etməkdə və İran ərazisinə qaçaqmalçılıq yolu ilə silah keçirməkdə ittiham edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki