image-63c7d093e7e83backend

İraqda DEAŞ-a qarşı әmәliyyat keçirilib

image-reklam_sirab_01

İraqın Kərkük şəhərində terror təşkilatı DEAŞ-a qarşı keçirilən əməliyyatda təxminən 1400 kiloqram partlayıcı maddə ələ keçirilib.

Vətəninfo.az xəbər verir ki, Kərkük Polis İdarəsindən verilən yazılı açıqlamaya görə, İraq təhlükəsizlik qüvvələri şəhərin cənubundakı Havice bölgəsində DEAŞ-a qarşı əməliyyat keçirib.

Əməliyyat nəticəsində bölgədə təsbit edilən 1400 kiloqram partlayıcı maddə ələ keçirilib. Daha sonra sözügedən partlayıcıların təhlükəsiz yerə aparılaraq məhv edildiyi bildirilib.
Bu gün səhər saatlarında DEAŞ-ın Kərkükün şimalındakı Çimen bölgəsində həyata keçirdiyi silahlı hücumda 2 iraqlı polis ölüb.

Terror təşkilatı DEAŞ 2014-cü ildə İraqın Mosul, Səlahəddin və Ənbar vilayətlərini, həmçinin Diyala və Kərkük şəhərlərinin bir hissəsini ələ keçirmişdi. Sözügedən bölgələr illər əvvəl terror təşkilatından geri alınmışdı.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki